Ukrayna üçün daha məqbul həll| Putin İlham Əliyevin vasitəçiliyini arzulayır

2024/05/1714811131.jpg
Oxunub: 1150     14:29     04 May 2024    
Bu yaxınlarda Bakıda keçirilən COP29 sammitinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk Bakıda yalnız minatəmizləmə məsələləri ilə bağlı görüş keçirməyib.

Məlum olur ki, Kondratyuk xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb. Bu barədə “İnterfaks-Ukrayna” Ali Radanın mətbuat xidmətinə istinadən məlumat yayıb. Müvafiq olaraq, Ceyhun Bayramov iyunda Berlində Ukraynanın bərpasına dair beynəlxalq konfransda iştirak etmək dəvətini qəbul edib və Azərbaycan-Ukrayna münasibətlərində strateji əməkdaşlığın xarakterinin dəyişmədiyinə əmin edib.

Lakin Ukrayna Ali Radası sədrinin müavini Azərbaycanı İsveçrədə çağırılacaq “Sülh Sammiti”ndə iştiraka da dəvət edib. O, ümidvar olduğunu bildirib ki, Azərbaycan Ukrayna Prezidentinin təklif etdiyi prinsiplərin işlənib hazırlanmasında, ən azından enerji təhlükəsizliyi və minalardan təmizlənməsi məsələlərində iştirak edəcək. Kondratyuk bildirir ki, dost Azərbaycan məcburi deportasiya edilmiş ukraynalı uşaqların vətənə qaytarılması üzrə beynəlxalq koalisiyaya qoşulacaq. Məlumata görə, Ceyhun Bayramov Ali Radanın sədr müavinini əmin edib ki, Azərbaycan xalqı hamıdan çox Ukrayna xalqını dəstəkləyir.

İlham Əliyev Moskvada Rusiya Federasiyasının Prezidenti ilə danışıqlardan sonra Ukrayna ilə münasibətlərdə bu mərhələnin “yuxarı həddi”ni müəyyən etdi, bu hədd yalnız humanitar yardımdır. Kiyev Azərbaycana münaqişədən sonrakı Ukraynanın yenidən qurulması üzrə beynəlxalq konfransda iştirak etməyi təklif edir, Azərbaycanın xarici işlər naziri, Ali Radanın mətbuat xidmətinin məlumatına görə, prinsipial razılıq verilib.

Kiyev yenə də Azərbaycanı İsveçrədə çağırılacaq “Sülh sammiti”nin iştirakçıları sırasında görmək istəyir. Üstəlik, o təklif edir ki, Bakı bəzi nizamlanma prinsiplərinin işlənib hazırlanmasında iştirak etsin. Maraqlıdır ki, bu cür incə təkliflərlə çıxış etmək üçün Kiyevdən Bakıya icra hakimiyyətinin nümayəndəsi deyil, parlament sədrinin müavini göndərilib. Kiyevlə Bakı arasında daha yüksək səviyyədə, məsələn, xarici işlər nazirləri səviyyəsində müzakirələr olacaqmı?

İlham Əliyev bəyan edib ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün tanınması və buna hörmət edilməsi Rusiya-Azərbaycan əməkdaşlığının dərinləşməsinə mane olmur. Moskva bu barədə heç bir şərh verməyib. Bəlkə, Putin müəyyən mənada İlham Əliyevin Rusiya-Ukrayna münasibətlərində vasitəçi kimi iştirak etməsini arzulayır? Təbii ki, bu, Ukraynanın da arzuladığından daha böyük iştirak olardı.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   İlham-Əliyev   Ukrayna  


Bizi "telegram"da izləyin